Şərtlər və qaydalar

Hərracın keçirilməsi şərtləri və qaydası

Tərəflər razılaşır ki, İcraçı (hərrac təşklatı) hərracları keçirərkən qanunvericiliklə yanaşı aşağıdakı şərtlərə və qaydalara riayət etməlidir:

1. Hərrac təşkilatçısı hərracın təşkili və hərracın keçirilməsi zamanı öz adından çıxış edir.

2. Hərrac təçkilatçısı hərracın keçirilməsinə 30 gün qalmış hərracın keçirilməsi barədə öz internet səhifəsində, Sifarişçinin (“Aqrarkredit” QSC-nin) internet səhifəsində, azı üç rəsmi dövlət qəzetində və geniş yayılmış digər kütləvi informasiya vasitələrində hərracın keçirilməsi barədə bildiriş verməlidir. İnternet səhifəsində yerləşdirilmiş bildiriş hərracın keçirildiyi günə qədər verilməlidir. Rəsmi dövlət qəzetlərində və digər kütləvi informasiya vəsaitlərində verilmiş bildiriş hərracın keçirilməsi gününə qədər hər on gündən bir verilməlidir.

3. Hərracın keçirilməsi barədə bildirişdə aşağıdakı məlumatlar göstərilməlidir:

1.3.1. Hərraca çıxarılmış əmlaka dair ətraflı məlumat, o cümlədən əmlakın olduğu yer və vəziyyəti barədə məlumat;

1.3.2. Hərraca çıxarılmış əmlakın ilkin satış qiyməti;

1.3.3. Hərracın açıq auksion vasitəsi ilə keçirilməsi;

1.3.4. Hərracın tarixi və vaxtı;

1.3.5. Hərracın keçiriləcəyi ünvan;

1.3.6. Hərracın keçirilməsi qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi qaydası, hərrac qalibinin müəyyən edilməsi qaydası və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar;

1.3.7. Hərracı udan şəxs tərəfindən hərracda müəyyən edilimiş qiymətin ödənilməsi şərtləri və müddəti;

1.3.8. hərracda iştirak edən şəxslərin hərracda qalib gəldikdə öhdəliklərinin təmin edilməsi üçün müəyyənləşdirilmiş behin məbləği, ödənilməsi qaydası və müddəti.

4. Hərracın baş tutmuş hesab edilməsi üçün hərracda iştirakçıların sayı üç nəfərdən az olmamalıdır. Ən yüksək qiyməti təklif etmiş hərrac iştirakçısı hərracın qalibi elan olunur. Əmlakın qalib tərəfindən alınması Azərbaycan Respublikasının Mülki Məcəlləsində müqavilənin hərracda bağlanılması qaydaları ilə tənzimlənir.

5. Hərracda üç nəfərdən az şəxs iştirak etdikdə və ya qalib gələn şəxs əmlakı almaqdan imtina etdikdə hərrac baş tutmamış hesab edilir və əmlak növbəti (ikinci) hərraca çıxarılır. Növbəti (ikinci) hərrac ilk hərracın günündən 5 gün ərzində keçirilməlidir. Bu halda hərracın təşkilatçısı növbəti (ikinci) hərracın keçirilməsi barədə bildiriş verməlidir və bildiriş hər 2 gündən bir təkrarlanmalıdır. Bu bəndin qaydaları nəzərə alınmaqla bildiriş 2-ci və 3-cü bəndlərdə müəyyən edilmiş qaydada verilir və bu zaman hərracın növbəti hərrac olması qeyd edilir.

6. Növbəti (ikinci) hərracda əmlak ilkin satış qiyməti ilə hərraca çıxarılır. Təkrar hərracda bir nəfər iştirak etdikdə hərrac baş tutmuş hesab edilir, hərracda heç kim iştirak etmədikdə və ya qalib gələn şəxs əmlakı almaqdan imtina etdikdə hərrac baş tutmamış hesab edilir və əmlak növbəti (üçüncü) hərraca çıxarılır. Növbəti (ikinci) hərrac baş tutmadıqda, hərrac təşkilatçısı 5-ci bənddə nəzərdə tutlmuş qaydada və müddətlərdə növbəti (üçüncü) hərracı keçirməli və bu barədə bildiriş verməlidir.

7. Əmlakın satılması üzrə keçirilən növbəti (üçüncü) hərracda əmlak ilkin satış qiymətindən 10% aşağı qiymətlə hərraca çıxarılır. Növbəti (üçüncü) hərracda bir nəfər iştirak etdikdə hərrac baş tutmuş hesab edilir, hərracda heç kim iştirak etmədikdə və ya qalib gələn şəxs əmlakı almaqdan imtina etdikdə hərrac baş tutmamış hesab edilir və əmlak növbəti (dördüncü) hərraca çıxarılır. Növbəti (üçüncü) hərrac baş tutmadıqda, hərrac təşkilatçısı 5-ci bənddə nəzərdə tutlmuş qaydada və müddətlərdə növbəti (dördüncü) hərracı keçirməli və bu barədə bildiriş verməlidir.

8. Əmlakın satılması üzrə keçirilən növbəti (dördüncü) hərracda əmlak ilkin satış qiymətindən 25% aşağı qiymətlə hərraca çıxarılır. Növbəti (dördüncü) hərracda bir nəfər iştirak etdikdə hərrac baş tutmuş hesab edilir, hərracda heç kim iştirak etmədikdə və ya qalib gələn şəxs əmlakı almaqdan imtina etdikdə hərrac baş tutmamış hesab edilir və əmlak növbəti (beşinci) hərraca çıxarılır. Növbəti (dördüncü) hərrac baş tutmadıqda, hərrac təşkilatçısı 5-ci bənddə nəzərdə tutlmuş qaydada və müddətlərdə son (beşinci) hərracı keçirməli və bu barədə bildiriş verməlidir. Bildirişdə hərracın son hərrac olması qeyd edilir.

9. Son hərracda əmlak ilkin satış qiymətindən 50% aşağı qiymətlə hərraca çıxarılır. Son hərracda azı bir şəxs iştirak etdikdə hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi elan olunur. Son hərracda iştirakçı olmadıqda əmlak hərracdan çıxarılır.

10. Hər bir növbəti hərrac əvvəlki hərracın baş tutmadığı gündən 5 gün ərzində keçirilməlidir. Sifarişçi (“Aqrarkredit” QSC) bu müddətin artırılması barədə qərar qəbul edə bilər.

11. Hərrac təşkilatçısı hərracın (o cümlədən növbəti hərracların və son hərracın) təşkili, keçirilməsi və nəticələrinə dair hesabat hazırlamalı və Sifarişçiyə (“Aqrarkredit” QSC-yə) təqdim etməlidir.

HƏRRACIN XƏRCLƏR BÖLGÜSÜ

1. Hərracın keçirilməsi barədə elanların yerləşdirilməsi, şəffaflığının təmin olunması, habelə poçt xidmətləri ilə bağlı xərclər “İcraçı” tərəfindən ödənilir.

2. Hərracda iştirak etmək üçün əmlakın ilkin satış qiymətinin 10 %-i həcmində beh müvafiq olaraq “Sifarişçi”nin bank hesabına və ya “İcraçı” -nın depozit hesabına ödənməlidir:

3. Beh hərracın keçirilməsi tarixinə azı 3 (üç) iş günü qalmış ödənilməlidir.

4. Hərracın qalibi istisna olunmaqla, digər hərrac iştirakçılarının ödədiyi beh tam məbləğdə müvafiq olaraq “İcraçı” və “Sifarişçi” tərəfindən onlara 7 (yeddi) iş günü ərzində qaytarılmalıdır.

5. “Sifarişçi”, hər bir aktivin hərracda satışının təşkili və keçirilməsi üçün “İcraçı”ya xidmət haqqını aşağıdakı məbləğdə ödəyir:

 - satışa çıxarılan aktivin dəyəri 100 000 (yüz min) manatdan 500 000 (beş yüz min) manatadək olduqda –700 (yeddi yüz) manat;

 - satışa çıxarılan aktivin dəyəri 500 000 (beş yüz min) manatdan artıq olduqda –900 (doqquz yüz) manat.

6. Xidmətlərin haqqı “İcraçı” tərəfindən “Sifarişçi”yə hesab faktura və təhvil-təslim aktı təqdim edildikdən sonrakı 10 (on) iş günü ərzində ödənilir.

Ləğv prosesindəolanbankların əsasvəsaitlərininsatışıüzrəhərraclarınkeçirilmə

QAYDALARI

Bakı– 2017

1. Ümumimüddəalar

1.1. Bu Qaydalar “Banklarhaqqında”Azərbaycan Respublikasının Qanunu, Azərbaycan RespublikasınınMülki Məcəlləsivədigərnormativhüquqiaktlarına,habeləƏmanətlərin SığortalanmasıFondunun “Ləğvprosesindəolan banklarınəsas vəsaitlərinin Satışıüzrə komissiyanınfəaliyyətqaydaları”naəsasənhazırlanmışdır və ləğvprosesində olan bankların əsas vəsaitlərinin satışı üzrəhərracların keçirilməqaydalarınımüəyyənedir.

1.2. BuQaydalarbanklarınləğvprosesinineffektivhəyatakeçirilməsi istiqamətindəbanklara məxsusəsasvəsaitlərinsatışınınsəmərəlişəkildəaparılması,ocümlədənləğvprosesində olan bankların vəkreditorların maraqlarınauyğunrealizə edilməsi məqsədinidaşıyır.

1.3. Əsasvəsaitlərininsatışıhəyatakeçirilənləğvprosesində olanbankların ləğvedicisi Əmanətlərin SığortalanmasıFondu(bundansonra–Fond) mülkiqanunvericiliklə müəyyən edilmiş qaydadahərracınsifarişçisi(bundan sonra-sifarişçi) qismində çıxış edir.

1.4. Hərracın təşkilatçısı (bundan sonra – təşkilatçı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin414.2-cimaddəsininmüddəalarınamüvafiqolaraqFondiləmüqavilə əsasında hərəkətedənvəhərracınkeçirilməsizamanı özadındançıxışedən ixtisaslaşdırılmış təşkilatdır.

1.5. Hərracın formasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.5-ci maddəsinə müvafiqolaraqFondmüəyyənləşdirir.Qanunvericilikdə ayrıqaydada nəzərdə tutulmamışdırsa,ləğvprosesindəolanbanklarınəsasvəsaitlərininsatışı üzrəhərraclarbir qaydaolaraqaçıqauksion formasında həyatakeçirilir.

1.6. Hərrac predmeti olan əsas vəsaitlərin ilkin satış qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında”AzərbaycanRespublikasıQanununamüvafiqolaraqsərbəst(bazar) qiymətləri əsasında müəyyənedilir.

1.7. İmtiyazlı alıcı-Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10-cu maddəsinin işgüzar adətlərlə bağlımüddəalarını,habelə həminMəcəllənin18-cimaddəsinə əsasənmülki hüquqlarınmüdafiəsininmənəvidəyərlərə zidd olmayanüsullarlahəyatakeçirildiyini, həmçininhəmin Məcəllənin11.2-cimaddəsinə əsasən hüququnanalogiyasıtətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığını rəhbər tutaraq əsas vəsaitlər üzərində mülkiyyəthüquqlarınıöhdəliklər üzrə tutmanınəmlakayönəldilməsinəticəsində itirmişvəhəminəsasvəsaitlərinalışınaiddiaedənfizikivəhüquqi şəxslərləğvprosesində olanbanklarqarşısındahəminəsasvəsaitlərilətəminolunmuşöhdəlikləritamicraetmək şərtilə vəya tutmanınyönəldilməsinəticəsində həminöhdəliklər tamicra olunmuşdursaicra olunmuşöhdəliklərinhəcmihəddində həminəsas vəsaitləri likvidqiymətindənaşağıqiymətə olmamaq şərtilə “Ləğvprosesində olan banklarınəsasvəsaitlərinin Satışıüzrə komissiyanın fəaliyyətqaydaları”nda nəzərdə tutulmuşqaydadabirbaşa satışüsuluilə əsas vəsaitihərraca çıxarılmadan əldə edə bilərlər.

2. Hərracıntəşkili vəkeçirilməqaydası

2.1. Təşkilatçı,Fonddanhərrac sifarişialdıqdansonrahərracınkeçiriləcəyitarixə əngeci30gün qalmış kütləvi informasiya vasitələrində , o cümlədən internet saytlarında və sosial şəbəkələrdəhərracaçıxarılacaq əmlak barəsindəelan dərc etdirir.

2.2. Elanda aşağıdakı məlumatlar əks olunmalıdır:

2.2.1. hər birlotüzrəayrılıqdasatışa çıxarılan əmlakın siyahısı, təsviri, yerləşdiyiünvan;

2.2.2. siyahı üzrə əmlakın ayrılıqda ilkin satış qiyməti və “İstehlakçıların hüquqlarının müdafiəsihaqqında” AzərbaycanRespublikasıQanununda vədigərqanunvericilik aktlarında nəzərdətutulmuşəsasvəsaitlər üzrəyararlılıqvəziyyəti,istehlakvəs. göstəriciləri barədə mütəxəssisrəyindən çıxarış;

2.2.3. hərracda iştirakın rəsmiləşdirilməsi, hərracda iştirak etmək üçün sifariş və digər sənədlərin qəbulugünü, son müddəti vəyeri;

2.2.4. əmlakıncarimülkiyyətçisi vəonunəmlaküzərindəmülkiyyəthüquqlarının yaranma əsasları,yaxudəmlakınəvvəlkimülkiyyətçisininmülkiyyəthüquqlarınıitirmə əsasları barədə məlumat (qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında tutmanın yönəldilməsi, alqı-satqımüqaviləsi və s.);

2.2.5. hərrac addımı (əlavələr);

2.2.6. behinvəiştirakhaqqınınməbləğivəköçürüləcəyibankhesabı;əmlakınsatışındanəldə olunan vəsaitin köçürüləcəyi bank hesabları;

2.2.7. hərracınkeçirilməforması,keçirilməqaydası,tarixi,vaxtıvəyeri,hərracınqalibinin müəyyənləşdirilməsi, əlaqətelefonunun nömrəsi;

2.2.8. Təşkilatçının adı, ünvanıvəsair rekvizitləri.

2.2.9. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

2.3. Məlumatındərcedildiyigündənetibarənbuqaydalarauyğunolaraqhərracda iştiraketmək hüququnuəldə etmişşəxslərə satışa çıxarılan əmlakla tanışolmaqimkanıyaradılır.Hərracaçıxarılan əmlaklatanışolduqdansonra hərracınkeçirilməsinə5günqalmışhərracaburaxılmışşəxslərtəşkilatçıya hərracdaiştirakları barədəözqərarlarınıyazılı surətdə bildirməlidirlər.

2.4. Hərracda iştiraketməküçünmüraciətetmişvə müvafiqqaydadasənədləritərtibedib,elanda göstərilənmüddətdətəqdimetmiş,habeləelandagöstərilənbankhesabınabehin vəiştirakhaqqının köçürülməsibarədəsənədtəqdimetmişşəxslər hərracda iştirakedə bilərlər.Hərracda iştiraketməküçün müraciətlərbirqaydaolaraqhərracınkeçiriləcəyitarixə 5 günqalmışbaşa çatır. Hərracın keçiriləcəyi tarixə5günqalmış hərracdaiştiraketməküçünmüraciətetmişşəxslərin müraciətionlarıntəşkilatçıya hərracda iştirakbarədəözqərarlarınıbuqaydaların2.3-cübəndindəgöstərilmişformadayazılısurətdə bildirmələrinə bərabər tutulur.

2.5. Hərracda iştiraketmək üçünşəxsvəya onunsəlahiyyətlinümayəndəsitərəfindənimzalanmış (hüquqişəxs tərəfindənəlavəolaraqmöhürlətəsdiqedilmiş)ərizəsifarişverəntərəfindənmüəyyən olunmuş nümunəyəmüvafiq olaraq təşkilatçıyaverilir və ərizəyəaşağıdakı sənədlər əlavə edilir:

2.5.1. elandagöstərilmiş bank hesabına behinvəiştirak haqqınınköçürüldüyünü təsdiq edən sənəd;

2.5.2. fizikişəxslərtərəfindən şəxsiyyətitəsdiq edən sənədinnotarial qaydadatəsdiq edilmişsurəti

2.5.3. hüquqişəxslər və (vəya) fərdi sahibkarlar tərəfindənvergiödəyicisininuçota alınmasıhaqqında şəhadətnamənin surəti.

2.6. Təşkilatçıtərəfindənaşağıdakıhallar müəyyənedildikdə,şəxslər hərracda iştiraketməküçün buraxılmırlar:

2.6.1. hüquqi şəxsyenidən təşkil, ləğvvəyaiflasprosesində olduqda;

2.6.2. şəxs özü haqqındadəqiq olmayan məlumat verdikdə;

2.6.3. sənədlərsifarişlərin qəbulu müddətiqurtardıqdan sonratəqdim edildikdə;

2.6.4. ərizəsəlahiyyətiolmayan şəxs tərəfindən təqdimedildikdə;

2.6.5. elanda göstərilən siyahıya uyğunbütünsənədlər təqdimedilmədikdə,yaxudtəqdimolunmuş sənədlərmüvafiq qaydadatərtib olunmadıqda.

2.7. Sənədlərinqəbulundanimtina hərracıntəşkilatçısıtərəfindənəsaslarıgöstərilməkləedilir.Ərizəni və sənədləriqəbuledilməyənşəxslərinsənədləri,imtinanınəsaslarıyazılısurətdəbildirilməklə,növbətiiş günü ərzində qaytarılır.

2.8. Hərracda iştiraketməküçünşəxslər ərizənivə ona əlavə olunmuşsənədləri,habelə təqdimolunan sənədlərin 2 nüsxədən ibarət siyahısını hərracın təşkilatçısınatəqdim edirlər.

2.9. Hərracıntəşkilatçısıhərbirərizənivəonaəlavə olunmuşsənədləriverilmətarixi vəvaxtını göstərməklə xüsusijurnalda ardıcıllıqla qeyd edir.

2.10. Hərracıntəşkilatçısıtəqdimolunan sənədlərin siyahısınınbir nüsxəsində ərizəninverilmə tarixini vəvaxtını, habelə qeydiyyat jurnalındakı nömrəsini göstərməklə ərizəçiyəqaytarır.

2.11. Hərraciştirakçılarınaonların hərracdaiştirak nömrəsiniəks etdirən bilet verilir.

2.12. Şəxshərracda iştiraketməküçün ərizələrinqəbulubaşa çatanadəközərizəsinigerigötürə bilər. Bunun üçün şəxs hərracın təşkilatçısınayazılı müraciət etməlidir.

2.13. Sənədlərinqəbulujurnalında hərracda iştiraketməküçünərizələringerigötürülməsibarədə müvafiq qeyd aparılmalıdır.

2.14. Hərracın şərtlərinəuyğun olaraq hərracdaiştirak etmək üçünərizələrini gerigötürmüş şəxslərin ödədiyibehgeri qaytarılır.Bu halda ödənilmiş iştirak haqqıhərracınkeçirilməsinə əngeci3günqalmış ərizələrinigerigötürən şəxslərəqaytarılır.

2.15. Hərracda iştiraketməküçünmüraciətedənşəxslərinhərraca buraxılıb-buraxılmamasıbarədə təşkilatçınınqərarıprotokolla rəsmiləşdirilir.Buprotokolda müraciətləri(ərizələri)qəbuledilənvəimtina olunan şəxslərin məlumatları qeyd edilir. Müraciətlərin (ərizələrin) qəbulundan imtina olunmasının əsasları şəxslərəyazılı surətdə bildirilir.

2.16. Müraciətlərin(ərizələrin)qəbulunadairprotokolimzalandıqdansonra müvafiq şəxslər hərracın iştirakçısıstatusunu əldə edir.

2.17. Təşkilatçı təqdim olunmuş ərizələrin və onlara əlavə olunmuş sənədlərin müvafiq qaydada saxlanılması üçün zəruri tədbirlərgörür.

2.18. Təşkilatçı:

2.18.1. hərracın təşkilolunmasınıvəkeçirilməsinitəmin edir;

2.18.2. hərracınbaş tutub-tutmadığınıtəsdiq edir;

2.18.3. hərracıngedişində mübahisəlivəziyyətyarandıqda,mübahisəninsəbəbləriaradan qaldırılanadəkhərracıdayandırır. Mübahisəninsəbəbləriniaradanqaldırmaqmümkünolmadıqda, hərracı baş tutmamış elan edir;

2.18.4. hərracınyekunu barədəprotokol tərtib edirvəonu təsdiq etmək üçünFonda təqdim edir.

2.19. Hərrac aşağıdakı qaydadakeçirilir:

2.19.1. satışa çıxarılan əmlakınilkinsatışqiymətielanolunur.İlkinsatışqiymətivəyaəlavələr edilməklə artırılansatışqiymətielanolunduqda,hərracda iştirakedənşəxslər öz biletlərini qaldırmaqla elan olunmuş qiymətə əmlakıalmağarazı olduqlarınıbildirirlər;

2.19.2. hərracıaparan həryenielanolunmuşqiymətiüçdəfə təkraredir.Elanolunmuşsatış qiymətinə əmlakıalmağa razıolan hərracda iştirakçılarınınsayıikivə daha çoxolduqda həmin qiymətiştirakçılartərəfindənəlavəetmə yoluiləartırılır.Elanolunmuşsatışqiymətinəəmlakı almağayalnızbir iştirakçırazılıqverdiyihalda həmin şəxshərracınqalibihesabolunur. Buhalda hərracıaparanşəxsəmlakınsatıldığını,satışqiymətinivə qalibgəlmişşəxsinbiletininnömrəsini bildirir;

2.19.3. ilkin qiymət və ya əmlakın növbəti hərracda aşağı salınmış qiyməti 3 dəfə elan olunduqdan sonraiştirakçılarınheçbiri biletiniqaldırmazsa, hərracbaş tutmamış hesab olunur;

2.19.4. birincihərracbaştutmadıqdavəyasiyahıüzrəayrılıqdaəmlakınsatışıbaştutmadıqda, hər növbətihərraca 30gün qalmış kütləvi informasiyavasitələrində, ocümlədən internet saytlarında vəsosialşəbəkələrdəhərraclabağlıbuqaydaların2.2-cibəndindəqeydolunanelanverilir. İkinci hərracdaqiymətbirincihərracdasatılmayanəmlakınvəyaonun ayrılıqdasiyahıüzrə satılmayan hissəsinin ilkin satış qiymətinə, üçüncü hərracdailkin satış qiymətinin15 faizi, dördüncühərracda isə ilkin satış qiymətinin30 faizinədək aşağı salınabilər;

2.19.5. bu zaman sonrakı hərraclararasındakı müddət30 gündən azolmamalıdır;

2.19.6. yararlılıqmüddətibaşa çatmışyeyintiməhsullarınınhərracayenidənqidaməhsulları qismindəçıxarılması qadağandır.Buəmlakqanunvericiliyəuyğunolaraqheyvanların yemləndirilməsi üçün istifadəyə yararlı olduqda 5 gün müddətində qanunvericiliklə müəyyən edilmiş qaydadayenidənqiymətləndirilərək hərracdasatılmalıdır;

2.19.7. hərracbaşaçatdıqdansonrahərracıntəşkilatçısıhərracın yekunlarıüzrə üçnüsxədə protokoltərtibedirvə qanunvericiliyə uyğunolaraqsifarişçivə alıcıarasındaalqı-satqımüqaviləsi imzalanır;

2.19.8. protokolqalibgəlmişşəxsvəya onunnümayəndəsitərəfindən3nüsxədə imzalanır. Protokolda sifarişçivə qalibgəlmişşəxsbarədəqısaməlumatlar,satılanəmlakınsiyahısıvə satış qiyməti, satış qiymətinin ödəniləcəyi bank hesabları, hərracdaqalib gəlmiş şəxsin verdiyi beh məbləğininimzalanmış protokolüzrə öhdəliklərinicrasıhesabınadaxiledilməsi,habelətərəflərin digərhüquqvəvəzifələriəksolunur. Protokolunbirnüsxəsiqalib gəlmişşəxsəverilir. Hərracın qalibivə hərracıntəşkilatçısıhərrac başa çatdığıgünprotokoluimzalamalıdır.İmzalanmışprotokol üçgündəngecolmayaraqsatıcıyatəqdimolunmalıdır.Alqı-satqımüqaviləsindəsatılmışobyektin adı(siyahısı), onunalınma qiyməti,sifarişçivəqalibgəlmişşəxsbarədəvəbuqaydalaramüvafiq olaraqdigər məlumatlargöstərilir.Müqaviləprotokolimzalandığıgündən5işgünümüddətində imzalanmalıdır;

2.19.9. qalibgəlmişşəxsqanunvericiliyə uyğuntərtibedilmişprotokoluimzalamaqdanimtina etdikdə,verdiyibehvə iştirakhaqqıgeriqaytarılmır. Həminprotokoluimzalamaqdanimtina edən sifarişçi qalibgəlmiş şəxsəiştirak haqqının bir mislini,behiisə ikiqat məbləğdəgeri qaytarmalıdır.

2.19.10. hərracbaştutmadıqda behgeriqaytarılmalıdır.Hərracda iştirakedən,lakinonunqalibi olmayanşəxslərin behi 5 bank günü müddətindəgeri qaytarılır; İştirakhaqqıhərracyalnızsifarişçinintəşəbbüsüiləbaştutmadığıhallardahərracdaiştiraketmiş şəxslərəgeri qaytarılır, digər hallardaiştirak haqqıgeri ödənilmir.

2.19.11. hərracbaştutmadığıhallardahərracıntəşkilatçısıtərəfindənbubarədəprotokoltərtib edilir.

2.19.12. Hərracınyekunlarıhaqqında məlumathərracınkeçirildiyigündən15təqvimgünü müddətində hərracıntəşkilatçısıtərəfindənhərracınkeçirilməsihaqqında elanınverildiyikütləvi informasiyavasitələrindədərcedilir.

2.19.13. Hərracınqalibiilə sifarişçiarasındamüqavilə imzalandığıandanəngecibeşbankgünü müddətində hərracınqalibiödəməliolduğupulvəsaitinisatıcınınmüəyyənetdiyibankhesabına köçürür.Hərracıntəşkilatçısıhərracınkeçirilməsiilə bağlıçəkdiyixərcləritəsdiqedənsənədləri sifarişçiyətəqdim edir.

2.19.14. Əmlakın(vəyamüəyyənlotun)qiymətinintamödənildiyinitəsdiqedənödənişsənədi (sənədləri) təqdimedildikdən sonra əmlaka (lota)mülkiyyət hüququ hərracın qalibinəkeçir.

2.19.15. Əmlakınsatışı üzrə keçirilmişhərraclarbaştutmadıqdahərracıntəşkilatçısıtərəfindən hərracınyekunlarıhaqqında kütləviinformasiyavasitələrində buqaydaların2.19.12-cibəndində göstərilmişməlumatdərc edildikənvə buqaydaların2.19.11-cibəndində göstərilmişprotokol tərtibedildikdənsonra 10günərzindəsifarişhərracıntəşkilatçısıtərəfindənhərracınsifarişçisinə geriqaytarılmalı,hərracsifarişigeriqaytarıldıqdansonrahəminəmlak birqaydaolaraq30 gündəngecolmayaraqilkinsatışqiymətiəsasındavəyazərurətyarandıqdabazarşərtlərivə konyunkturası nəzərə alınmaqlayenidənqiymətləndirilərəkyeniilkin satış qiymətiəsasındaaçıq hərracdansatılmasıilə bağlıhərrac təşkilatçısına hərrac sifarişiverilməlidir.Növbətihərrac sifarişi üzrəhərraclar buqaydaların 2.19-cu bəndindəgöstərilmiş qaydadahəyata keçirilir.

2.20. Ləğvprosesində olanbanklarınəsasvəsaitlərininsatışıüzrə hərraclarda bankın müflisolmasınasəbəbolanhərəkətlərə vəyahərəkətsizliyəyolverməkdəşübhəlibilinənbanka aidiyyatıolanşəxslərin,inzibatçıların,mühümiştirakpayına malikolan səhmdarların,hərracın təşkilatçısınınvəsifarişçisininvəzifəlişəxslərininvəonlarınyaxınqohumlarının(bacı,qardaş, ər/arvad(onlarınyaxınqohumları),ata,ana,övladladlar,övladlığagötürənlərvəyagötürülənlər, nənə, baba) birbaşavəyadolayısıiləiştirak etməsinəyol verilmir.

2.21. Azərbaycan Respublikası MülkiMəcəlləsinin 139-1.1.2-cimaddəsinə müvafiq olaraqhərracınnəticələrinə dairyekunprotokol hərracpredmetiolandaşınmazəmlakınüzərində hüquqlarınəmələgəlməsinin,başqasına keçməsinin,məhdudlaşdırılmasının(yüklülüyünün)və xitam verilməsinin dövlət qeydiyyatıüçünəsasdır.

3. Hərracın nəticələri üzrəmübahisələrin həlli qaydaları

3.1. Azərbaycan RespublikasıMülkiMəcəlləsinin416.2-cimaddəsinin müddəalarına müvafiqolaraq hərracınetibarsızsayılmasıhərracın qalibiiləbağlanmışmüqavilənin etibarsızlığına səbəb olur.

3.2. Hərracınnəticələriilə razılaşmayanhərrac iştirakçıları qanunvericilikdə nəzərdə tutulmuş qaydadahərracın nəticələrinimübahisələndirmək hüququnamalikdirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunundan çıxarış

42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya
vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana veriloməsini təsdiq etmə
üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim
günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.

42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın
təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarılmalıdır. Hərracı udan, lakin bu qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi 7 təqvim günü müddətində geri
qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə
daxil edilir.

42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla hərracda istənilən
şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər.

42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda
ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.

42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracıə udmuş sayıəlır.

42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri
haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından
imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə
tutulmuş nəticələrə səbəb olur.

42.7. Hərracı udmuş şəxs hərrac qutardıqdan sonra ən geci 7 təqvim günü ərzində
iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Alış qiymətinin ödənilməməsi bu qanunla müəyyən edilmiş nəticələrə səbəb olur.

42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına
ipotekaya xitam verilməsi və yeni mülkiyyətçı haqqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi
üçün əsas hesab olunur.

Maddə 43. Hərracın baş tutmamış elan edilməsi

43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə
hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir:

43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə;

43.1.2. hərracın iştirakçısı olmadıqda;

43.1.3. hərracı udmuş iştirakçısı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə;

43.1.4. hərracı udmuş iştirakçı bu qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

43.2. Bu qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan həracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.

43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

43.5. Təkrar hərrac bu qanunun 42.-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı
ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış
qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.

43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

43.7. Bu qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.

43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

43.9. İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetrini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir. Azərbaycan Respublikası “Mülki Məcəlləsi”dən çıxarış

415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protocol imzalayırlar; bu protocol müqavilə qüvvsəinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

Maddə 492. Behlə təmin edilmiş öhdəliyə xitam verilməsinin və onun icra edilməməsinin nəticələri

492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa , o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. İcra haqqında qanuna və edilmiş dəyişikliklərə bu linkə daxil olaraq ətraflı məlumatı əldə edə bilərsiniz.

https://www.dropbox.com/s/647rvh53l3epj7z/icra haqqinda qanun.docx?dl=0

Vergi haqqında qanuna və edilmiş dəyişikliklərə bu linkə daxil olaraq ətraflı məlumatı əldə edə bilərsiniz.

https://www.dropbox.com/s/w011jicjzkcm9n1/vergi haqqinda qanun.docx?dl=0